May ayında atəşkəs 728 dəfə pozulub

media-hightechnic-468x90

ce7199b1b1091730bd3fca86530f2919Bu ilin may ayında Ermənistan silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 728 dəfə pozub.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, düşmən təxribatlarının qarşısı alınıb, erməni tərəfi cavab atəşi ilə susdurulub.

Ay ərzində atəşkəsin pozulmasına görə, ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Ağdam rayonu istiqamətində 204 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur (151 fakt).

Qarabağ cəbhəsi üzrə may ayında Tərtər rayonu istiqamətində 87 dəfə, Cəbrayıl rayonu istiqamətində 53 dəfə, Xocavənd rayonu istiqamətində 44 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb.

Cəbhə xəttində gərginlik yaradan Ermənistan Ordusu atəşkəsi Goranboy rayonu istiqamətində 67 dəfə, Tovuz istiqamətində 54 dəfə, Gədəbəy rayonu istiqamətində 34 dəfə, Qazax rayonu istiqamətində 23, Ağstafa rayonu istiqamətində 3 dəfə, Göygöl rayonu istiqamətində isə 2 dəfə pozub.

Ötən ay düşmənin bir əsgəri xəstəlikdən, bir əsgəri isə döyüş postunda ölüb.

Azərbaycan Ordusu itki verməyib.

Qeyd edək ki, aprel ayında erməni silahlı bölmələri atəşkəs rejimini 575 dəfə pozmuşdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600