MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının XII iclası başa çatdı

media-hightechnic-468x90

141096561152575560_600x400Sentyabrın 17-də Naxçıvan Muxtar Respublikasında Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının XII iclası öz işini yekunlaşdırdı.

İclasa sədrlik edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səfər Qurbanov iclasın yekun qərarının layihəsi barədə iştirakçı dövlətlərin nümayəndələrini ətraflı məlumatlandırdı.

İclasın yekun qərarının layihəsi müzakirəyə çıxarıldı, təkliflər də nəzərə alınmaqla yekdilliklə qəbul edildi.

Qərarda iştirakçı dövlətlər arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanır. Bu istiqamətdə əldə edilmiş təcrübələrdən birgə yararlanmağın önəmi qeyd olunur.

Sənəddə iştirakçı dövlətlərin qanunvericiliyindəki müsbət dəyişikliklərin əhəmiyyəti qeyd olunmaqla bərabər, neft-qaz sahəsində, o cümlədən mürəkkəb və təhlükəli istehsalat obyektlərində təhlükəsizliyin təmin edilməsi ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin bundan sonra da konkret istiqamətlərdə davam etdirilməsinin vacibliyi diqqətə çatdırılır.

Sonda iclasın yekun qərarının imzalanması mərasimi keçirildi.

Bununla da MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının XII iclası öz işini başa çatdırdı.

Xatırladaq ki, Təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş 2001-ci il sentyabrın 28-də Moskvada MDB dövlətlərinin hökumət başçıları tərəfindən qəbul edilib. Bu Sazişin həyata keçirilməsi üçün MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurası yaradılıb. Şuranın iclasları hər il Sazişin iştirakçısı olan dövlətlərin birində keçirilir. Sənədə müvafiq olaraq MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının XII iclası sentyabrın 16-17-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirildi. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600