Mayın 13-də Tacikistanın paytaxtı Düşənbədə MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci İdarənin direktoru Mixail Yevdokimov bildirib.
“Nazirlər Şurası ənənəvi olaraq ildə iki dəfə toplanır. İlkin olaraq bunlardan biri mayın 13-də Düşənbədə, ikincisi isə payızda, oktyabrın 13-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək”, – o deyib.
Onun sözlərinə görə, MDB xarici işlər nazirlərinin yaz iclasının gündəliyi çox zəngin olacaq. İdarə direktoru söyləyib ki, nazirlər beynəlxalq və regional mövzuları, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
www.yenicag.az