Tramp Qəzzadan bütün girovların geri qaytarıldığını elan etdi

media-hightechnic-468x90

“Qəzza zolağında saxlanılan sonuncu israilli girovun cəsədi tapılaraq ölkəsinə qaytarılıb”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “TruthSocial” platformasında məlumat paylaşaraq, prosesin tamamlandığını elan edib.

Ağ Ev rəhbəri paylaşımında sözügedən uğuru yüksək qiymətləndirib:

“Beləliklə, 20 girovun hamısını diri və ya ölü vəziyyətdə geri qaytardıq! Möhtəşəm iş! Çoxları bunun qeyri-mümkün olduğunu düşünürdü. Komandamı təbrik edirəm!”

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (IDF) daha əvvəl məlumat vermişdi ki, qaytarılan şəxs mayor Ran Qvilidir. 24 yaşlı polis xüsusi təyinatlısı 7 oktyabr 2023-cü ildə döyüşdə həlak olub və nəşi qaçırılaraq Qəzzada saxlanılmışdı.

Xatırladaq ki, oktyabrın 9-da İsrail və HƏMAS arasında imzalanan sülh sazişindən sonra Donald Tramp münaqişənin bitdiyini bəyan etmişdi./Qafqazinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05