ABŞ Kanadanı şantaj etdi

media-hightechnic-468x90

Kanadanın F-35 qırıcılarını almaqdan imtina etməsi ABŞ-ni Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) haqqında razılaşmalara düzəliş etməyə məcbur edə bilər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, ABŞ-nin Kanadadakı səfiri Pit Hukstra CBC telekanalına müsahibəsinə deyib.

“Əgər onlar F-35 qədər operativ uyğunluğa malik olmayan aşağı keyfiyyətli təyyarə almaq qərarına gəlsələr, bu bizim hərbi potensialımıza təsir göstərəcək. Nəticədə, bunu necə kompensasiya edəcəyimizi düşünməli olacağıq”, – deyə diplomat bildirib.

Qeyd edək ki, Kanada beşinci nəsil F-35 qırıcılarının alınması proqramına yenidən baxmaq və İsveçin hərbi-sənaye konsernindən JAS 39 Gripen E qırıcılarını almaq imkanını nəzərdən keçirir./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05