İsveçin Baş naziri “Avropa NATO-su”ndan danışdı
İsveçin Baş naziri Ulf Kristersson Avropa müttəfiqlərinin öz təhlükəsizliklərinə daha çox məsuliyyət götürməli olduğunu vurğulayaraq “Avropa NATO-su” adlandırdığı qurumu gücləndirməyin vacibliyini qeyd edib.
Yenicag.az xəbər verir ki, baş nazir bu barədə İsveç Televiziyasına (SVT) verdiyi müsahibədə danışıb.
Kristersson ABŞ-nin “qarşılıqlı etimadı zədələyən şəkildə davrandığını” bildirib və əlavə edib ki, Avropa buna görə öz vəziyyətinə nəzarəti ələ almalı və özünü gücləndirməlidir. O bu səylərin Avropa NATO tərəfdaşları ilə daha sıx əməkdaşlıq vasitəsilə həyata keçirilməli olduğunu vurğulayıb.
Kristersson NATO-nun çox vaxt, əsasən, ABŞ- ilə əlaqələndirildiyini, lakin Avropa üzvlərinin Şimali və ümumilikdə Avropada təhlükəsizlik əməkdaşlığının dayağını təşkil etdiyini qeyd edib.
Kristersson həmçinin Britaniya və Fransa ilə nüvə silahı imkanları barədə aktiv müzakirələrin aparıldığını deyib, lakin əlavə təfərrüat verməyib.












