Rutte: "ABŞ olmadan Avropa özünü qoruya bilməz"

media-hightechnic-468x90

NATO-nun baş katibi Mark Rutte Avropanın və ya Aİ-nin ABŞ-ın iştirakı olmadan öz təhlükəsizliyini təmin edə biləcəyi ilə bağlı təsəvvürlərin reallığa uyğun olmadığını bildirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, baş katib bunu Avropa İttifaqı deputatları qarşısında çıxışı zamanı bildirib.

Ruttenin sözlərinə görə, Avropanın müstəqil müdafiə ssenarisi nəzərə alınsa, Aİ ölkələri hərbi xərcləri təxminən ÜDM-in 10 faizinə qədər artırmalı, milyardlarla avro investisiya yatırmalı və hətta öz nüvə potensialını formalaşdırmalı olardı.

NATO baş katibi vurğulayıb ki, Avropanın ABŞ-yə ehtiyacı olduğu kimi, ABŞ da NATO-ya ehtiyac duyur.

O, əlavə edib ki, Vaşinqtonun qlobal prioritetlərində mümkün dəyişikliklər olsa belə, Avropada ABŞ-ın hərbi mövcudluğu hər zaman çox güclü olaraq qalacaq./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05