Tehran üçün "QİYAMƏT" SSENARİSİ: İrandan gələn dəhşətli görüntülər dünyanı ayağa qaldırdı

media-hightechnic-468x90

“Təzyiqlər rejimin xarici silsiləsini dəyişdirə bilər, amma daxili sabitliyə birbaşa təsir etmək üçün kifayət etməyə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

media-ac1ae6a5162808028937106744910739879-5

O, İranda baş verən etiraz dalğasından sonra internetdə yayılan dəhşətli görüntülərlə bağlı beynəlxalq təzyiqin nə dərəcədə olacağından danışıb.

Politoloq bildirib ki, İranın son etiraz dalğasında internet qadağasının nisbətən yüngülləşməsi, ölkədəki hadisələrin miqyasını daha aydın şəkildə ortaya qoyub.

“Bu proses nəticəsində sosial şəbəkələrdə yayılan videolar repressiyaların şiddətini əks etdirir. İnsan haqları təşkilatları həmin görüntüləri ölkədəki gərginliyin dərinliyini təsdiqləyən sübut kimi qiymətləndirir. Lakin rəsmi Tehran onları xarici qüvvələrin manipulyasiyası kimi təqdim edir.

Beynəlxalq təzyiqin artması ehtimalı yüksəkdir. ABŞ administrasiyası, o cümlədən Prezident Donald Trampın açıqlamaları, İranın repressiyalarına qarşı sanksiyaların gücləndirilməsini və diplomatik təzyiqləri ön plana çıxarır. BMT və Avropa İttifaqı kimi qurumlar da insan haqları pozuntularına görə Tehranla bağlı bəyanatlar verib. Lakin belə təzyiqlərin effektivliyi iqtisadi sanksiyaların təsirindən və beynəlxalq koalisiyanın möhkəmliyindən asılıdır. Keçmiş təcrübələr göstərir ki, bu cür təzyiqlər rejimin xarici siyasətini dəyişdirə bilər, amma daxili sabitliyə birbaşa təsir etmək üçün kifayət etməyə bilər.

İndidən sonra mümkün inkişaflar bir neçə ssenariyə bölünə bilər. Birincisi, etirazların davamı ilə internet qadağasının yenidən sərtləşməsi və rəqəmsal izolyasiya planlarının həyata keçirilməsi. Belə ki, İranın qlobal internetdən ayrılması ideyası artıq müzakirə olunur. Bu, məlumat axınını məhdudlaşdıra bilər.

İkincisi isə beynəlxalq vasitəçilər vasitəsilə dialoqun güclənməsidir. Məsələn, ABŞ-nin vasitəçiliyi ilə danışıqlar. Lakin bu, tərəflərin mövqelərindən asılıdır.

Üçüncüsü, iqtisadi böhranın dərinləşməsi ilə sosial narazılığın genişlənməsi. Bu da regionda yeni gərginliklər yarada bilər. Ümumilikdə, vəziyyət beynəlxalq təzyiq və daxili faktorların qarşılıqlı təsirindən asılı olaraq inkişaf edəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa