Məcburi köçkünlərə 13 milyon dollar
BMT-nin Belorus, Moldova, Ukrayna üzrə komissarı Oldrix Andrisek bildirib ki, Qərb ölkələri münaqişə bölgəsində qaçqın düşmüş məcburi köçkünlərə 13 milyon dollar ayırıb.
Estoniya, Finlandiya, Çexiya, ABŞ, Yaponiya olmaqla doqquz dövlət hərəsi 1 milyon dollar pul ayırıb. 10 milyon dollar yardım nəzərdə tutulsa da, 3 milyon artıq toplanılıb.
Andrisek köhnə qanunvericilik ucbatından Ukrayna hökumətinə kömək edərək bütün pulları düzgün paylamağın mümkün olmadığını deyib.
Statistikaya görə Ukraynanın şərqindəki konflikt zamanı 455 175 adam qaçqın düşüb.
(topnews.az)