Medallar paslanır: 130-u geri qaytarılıb

Rio Yay Olimpiya Oyunlarının mükafatçılarına verilən medallar paslanır.

Yenicag.Az xəbər verir ki, bunu açıqlamasında “Rio-2016″nın Təşkilat Komitəsinin kommunikasiyalar üzrə direktoru Mario Andrada deyib.

Onun sözlərinə görə, medallardan artıq 130-da paslanma müşahidə olunduğu üçün geri qaytarılıb. Andarada medalların paslanmasının səbəbini belə izah edib: “Görünür, ya medalı düzgün yerdə saxlamayıblar, ya da əllərindən yerə salıblar. Nəticədə, medalın boyası pozulub və həmin yerdə paslanma başlayıb. Problemlər aradan qaldırıldıqdan sonra medallar sahiblərinə qaytarılacaq”.

Qeyd edək ki, Rio olimpiadasında mükafatçılara verilən 2488 medaldan 18-i Azərbaycan idmançılarının payına düşüb.

Yenicag.az