!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə ANAİB birgə müzakirə keçirib - FOTOLAR

!Reklam – Yazi

Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) “Azərbaycan kitabçılığının durumu: dövlət və özəl sektor əməkdaşlığı” adlı birgə müzakirə keçirib. Müzakirə Azərbaycanda Atatürk Mərkəzində iyulun 2-də təşkil olunub.

Yenicag.az anaib.az-a istinadən xəbər verir ki,
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalının aparıcılığı ilə keçən
görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli, eləcə də həmin şöbənin iki əməkdaşı, ANAİB-ə üzv olan iyirmi iki, üzv olmayan üç nəşriyyatın rəhbəri, QHT və media nümayəndələri, təşkilatçı qurumların rəhbərləri – ANAİB İdarə heyətinin sədri Şəmil Sadiq, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Millət vəkili, akademik Nizami Cəfərov və Şura üzvləri iştirak edib.
Giriş nitqi ilə çıxış edən ANAİB İdarə heyətinin sədri Şəmil Sadiq görüşün məqsədindən, kitabçılıq sahəsində dövlət və özəl sektorun rahat və sıx ünsiyyətinin vacibliyindən danışıb, 27 nəşriyyatın ANAİB-də bir amal uğrunda birləşdiyini dilə gətirib.
Ş.Sadiq Azərbaycan Naşirlərinin I Forumu və III Uşaq Kitab Festivalından söz açıb; kitaba təşviq layihələrinin yetərli olmadığını, gənc ədiblərin əsərlərinin nəşrinin arzuolunan şəkildə stimullaşdırılmadığını, kitabxanalara kitab alışının azlığını, tərcüməyə dəstək proqramının hələ də həyata keçirilmədiyini vurğulayıb.
O bildirib ki, ölkəmizdə özəl qurumların təsis etdiyi ədəbiyyat və sənət dərgilərinin durumu acınacaqlıdır. Dərgi mədəniyyəti demək olar, tənəzzüldədir. Dərgilərin diqqətdən qıraqda qalması, onların kitabxanaların fonduna əlavə edilməməsi, dövlət dəstəyinin yoxluğu nəşriyyat sahəsinin xüsusi problemidir.
ANAİB sədri ictimai-siyasi, idman media orqanlarına edildiyi kimi ədəbi dərgilərə də dəstəyin vacibliyini dilə gətirib.
“Təhsil” nəşriyyatının direktoru Tural Axundov mətbəə ilə nəşriyyat sahələrin vəhdətdə inkişafını önə çəkib və bu sahələri ayırmağın doğru olmadığını vurğulayıb. O, Mədəniyyət Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin kitab alışı siyasətindən razılığını ifadə edib.
Çıxış üçün növbəti söz “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariqə verilib.
N.Tariq ədəbiyyatın və dilin dövlətin mədəniyyət strategiyasında ən önəmli faktor olduğunu vurğulayıb.
O bildirib ki, kitabxanaların fəaliyyəti genişləndirilməli, bu qurumların fondu üçün kitab alışı artırılmalı, eyni zamanda, kitabxanalardakı kiril qrafikalı kitablar latın qrafikalı olanlarla əvəzlənməlidir.
Nurman Tariq ölkədə Kino Agentliyinin olduğu kimi Kitab Agentliyinə də ehtiyac duyulduğunu bildirib.
“Əlfəcin” nəşriyyatının və Göygöl şəhərində fəaliyyət göstərən “Göygöl” Kitab Evinin rəhbəri Mübariz Həsənov bölgələrdə kitabçılığın əsas problemlərindən söz açıb. Mədəniyyət Nazirliyinin regionda təşkil edilən kitab sərgilərinə dəstəyinin, kitabxanalar üçün kitabların mətbəələrdən yox, nəşriyyatlardan satın alınmasının,  hər rayon mərkəzində (ilkin olaraq) bir pilot kitabxananın yaradılmasının və bu təcrübənin daha sonra qəsəbə-kənd kitabxanalarında tətbiqinin, Bakı Beynəlxalq Kitab Sərgisində nəşriyyatlara daha çox yer ayrılmasının önəmini qeyd edib.

Növbəti çıxış üçün söz alan “Ağıllı Bala” nəşriyyatının rəhbəri Fatimə Alxaz ölkədə uşaq kitabları, uşaq yazarları və illüstratorları probleminə diqqət çəkib, uşaq ədəbiyyatının inkişafı ilə bağlı məsələlərdən danışıb.
F.Alxaz uşaq ədəbiyyatı ilə bağlı bir neçə nominasiyada mükafatın təsisi, uşaq yazıçılarının həvəsləndirilməsi, ölkədə və xaricdə tanınması yönündə silsilə tədbirlərin həyata keçirilməsi mövzusunda təkliflər irəli sürüb.
Çıxışçı 6 – 9 iyun tarixlərində keçirilən III Uşaq Kitab Festivalının konsepti barədə danışıb və müvafiq qurumların rəsmilərinin məsələyə daha üstün diqqətinin arzu olunduğunu deyib.

COP29

www.yenicag.az

96
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv