Mədəsindən insan qalıqları çıxdı
Yenicag.az xəbər verir ki, Filippində balıqçılar, ovladıqları köpək balığının mədəsində insan bədəninin hissələrini aşkarlayıblar.
Minda xəbər saytının yaydığı xəbərə görə, ölkənin şimalındakı Mindanao ilə Bohol adası arasındakı Bohol dənizində ovlanan balıqçılar tutduqları nəhəng köpək balığının mədəsində, insan başı və ayağı tapıblar.
Balıqçılardan biri, 48 yaşındakı Bodoy Gorgod, etdiyi açıqlamada, “Əvvəl köpəkbalığı ilə mədəsində tapdıqlarımızı dənizə geri atmağı düşündük. Köpəkbalığını atdıq, lakin qalıqları itkin düşmüş birinə aid ola biləcəyini düşünərək polisə təslim etdik” deyib.
Gorgod, tutduqları köpəkbalığının təxminən 4 metr uzunluğunda və 600 kiloqram ağırlığında olduğunu ifadə etdi. Balıqçılar, köpək balığının mədəsində olan qalıqların, 13 Sentyabrda LEYTE sahillərində Glenda qasırğası səbəbiylə batan Maharlika feribotunun itkin düşmüş iki şəxsdən birinə aid ola biləcəyini söylədi.