MEDİA hərbi jurnalistin vəfatı ilə bağlı başsağlığı verdi

media-hightechnic-468x90

Azərbaycanda hərbi jurnalist Ədil Arifoğlu 56 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, agentliyin rəhbərliyi və kollektivi hərbi jurnalist Ədil Arifoğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, Ədil Arifoğlu 1968-ci il İmişli rayonunda doğulub. Tədqiqatçı jurnalist AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və müharibə reportyoru Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub.

Allah rəhmət eləsin!

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600