Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda TƏLİM KEÇİRİLDİ – FOTO/VİDEO

media-hightechnic-468x90

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin birgə tərəfdaşlığı ilə media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib.

Yenicag.az xəbər verir ki, təlimin əsas məqsədi, media nümayəndələrini müasir kibertəhlükələr barədə məlumatlandırmaq və onların bu təhdidlərə qarşı daha dayanıqlı və hazırlıqlı olmalarına dəstək verməkdir.

Təlimin açılışında İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və ETX-nın rəisi Samir Rəsulov çıxış edərək, media sahəsində baş vermiş mövcud kiberinsidentlər və kiberdayanıqlılıq məsələlərinə toxunublar. Çıxışlarda həmçinin media subyektlərində İT infrastrukturunun təkmilləşdirilməsi və kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Təlim sessiyalarında 50-dən çox media subyektinin nümayəndəsi iştirak edib. Təlimçilər arasında İRİA, ETX və “AzInTelecom” mütəxəssisləri, həmçinin İsrailin “Technion” Texnologiya İnstitutunun və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimçiləri yer alıblar. Təlimdə kibertəhlükəsizlik mövzusunda kiberdayanıqlılıq, kiberinsidentlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər, fişinq və sosial mühəndislik texnikaları, sosial media hesablarının qorunması və bulud xidmətləri üzrə təhlükəsizlik tövsiyələri müzakirə edilib.

Samir Məcidov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600