!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mediada "müəllif hüququ" PROBLEMİ: "Yüksək miqdarda pul cəriməsi tətbiq edilsəydi..."

!Reklam – Yazi

“Başqasının beyin məhsulu olan məlumatları öz adından yaymaq vicdansızlıqdır”.

Bu fikirləri mediada müəllif hüquqlarının pozulması halları barədə danışan media eksperti, jurnalist Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, təkcə televiziya kanalları və saytlar deyil, hətta sosial mediada belə müəllif hüquqlarına hörmətsizlik baş alıb gedir:

“Ən adi bir paylaşımda belə sanki özləri yazmış, öz beyinlərinin məhsulu kimi başqalarının paylaşımlarını öz adı ilə paylaşanlar var. Mən hətta bu məsələni 10-15 il bundan öncə də qaldırmışdım. Bəzən bizim kanallara baxanda müxbir əməkdaşları olmadığı bir ölkədən, oradan informasiya alacaqları hər hansı mənbə ilə müqavilə bağlamadan rahat şəkildə xəbər materialları verirlər. Tutaq ki, Kolumbiyada hər hansı bir baş verən hadisəni müxbiri olmadıqlarını, yaxud həmin ölkədən informasiya yayan qlobal media platformaları ilə müqaviləsinin olmadığını bildiyimiz halda, oradan reportajlar verdiklərinin də şahidi olmuşuq.

Bu hallara yol verən televiziya kanallaRInın efir vaxtının dayandırılması çox da ciddi cəza deyil, düşünürəm ki, bununla bağlı daha ağır cəzalar tətbiq edilməlididir. Bu cəzalar da pul şəklində olmalıdır. Yayımın dayandırılması əvəzinə, bəzi televiziya kanallarına yüksək miqdarda pul cəriməsi tətbiq edilsəydi, həmin televiziyalar daha ciddi olmağa çalışardı. Başqasının beyin məhsulu olan məlumatları öz adından yaymaq vicdansızlıqdır. Belə hallarla məşğul olan şəxslərin mediada işi olmamalıdır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv