12.05.2024-cü il tarixdə, Suraxanı rayonu Hövsan qəsəbəsi Höccət İbn Həsən məscidində, həmin məscidin dini icmasının təşkilatçığı ilə ölməz şairimiz Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş ” Füzuli irsi mənəvi qidamızdır” adlı tədbir keçirilmişdir.
Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan dini icmanın rəhbəri Allahverən Məmmədzadə əsrlər boyu yaradıcılığı ilə ədəbiyyat tariximizdə, xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılmasında mühüm rol oynamış Məhəmməd Füzulinin ədəbi irsinin bu gündə öz aktuallığını itirmədiyini qeyd etmiş, bununla bağlı ədibin 530 illik yubileyinin keçirilməsinə dair ölkə başçısı cənab Prezident İlham Əliyevin sərəncam imzaladığını diqqətə çatdırmışdır.
Hövsan qəsəbə sakini, şərqşünas Elnur Kazımov çıxışında Məhəmməd Füzulinin həyat və yaradıcılığına ümumi nəzər salmış, tədbirdə nümayiş olunmuş Füzulinin həyat və yaradıcılığına dair 100 -dən artıq kitab barəsində məlumat vermişdir.
Filologiya üzrə fəlsəfə doktoru Vərağa Almaslı Füzuli yaradıcılığında din mövzusunda öz mülahizələrini söyləmişdir.
Daha sonra tədbir bədii qiraət nümunələri ilə davam etmişdir.
www.yenicag.az