Məhəmməd peyğəmbərin karikaturasını çəkən rəssam yanaraq öldü - FOTO

media-hightechnic-468x90

Məhəmməd peyğəmbərin karikaturalarını çəkən isveçli rəssam Lars Vilks yanaraq ölüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, islama qarşı tutumu ilə tanınan Vilks və iki mühafizəçisinin olduğu avtomobil yük maşını ilə toqquşub.

Qəzadan sonra Vilksin olduğu maşın partlayaraq yanmağa başlayıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib və yanğın nəzarət altına alınıb. Ancaq Vilks və mühafizəçilərini xilas etmək mümkün olmayıb, onların yanmış cəsədləri avtomobildən çıxarılıb. Yük maşının sürücüsü isə yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600