!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhkəmə generalın xəstəliyi ilə bağlı sənədləri qəbul etmədi - MN-dəki 143 milyonluq cinayət işi

!Reklam – Yazi

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə idarəsinin sabiq rəisi Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Yenicag.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində Cəlal Kazımovun vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib. O, Cəlal Kazımovun 3 şahidlə ibtidai istintaq zamanı üzləşmə sənədlərinin elan olunmasını istəyib.

Vəkil bildirib ki, həmin şahidlər məhkəmədə ifadə veriblər, amma üzləşmə zamanı fərqli məbləğlər deyiblər: “İstintaq zamanı hesablanan məbləğlərlə müvəkkilim Cəlal Kazımovun hesabladığı məbləğlər arasında ziddiyyətlər var. Həmin şahidlərin üzləşdirilməsi sənədlərinin elan olunmasını, üzləşmə sənədlərinin sübut kimi qəbul edilməsini istəyirəm”.

Hakim Fikrət Əliyev bildirib ki, həmin şahidlər məhkəmədə dindirilib, ziddiyyətlər araşdırılıb və onlar sorğu-sual ediliblər: “Vəsatətlərə sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra baxılması mümkündür”.

Məhkəmənin sonrakı gedişi cinayət işində olan sənədlərin tədqiqi mərhələsi ilə davam etdirilib.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, müvəkkilinin xəstəliyi ilə bağlı bəzi sənədlər iş materiallarında var, həmin sənədlər elan olunub. Vəkil deyib ki, bəzi sənədlər var ki, onlar cinayət işinin sənədlərində yoxdur. Rəşad Mirmehdizadə həmin sənədlərin işə əlavə olunmasını istəyib.

Hakim sənədlərim tədqiqi başa çatdıqdan sonra həmin sənədlərin verilməsini təklif edib və deyib ki, əlavə sənəd kimi işə əlavə olunacaq.

Növbəti məhkəmə prosesi avqust ayının 16-da keçiriləcək.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatdan çoxu ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb./unikal

COP29

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv