Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məhkəmə Hollandiyanı bosniyalı müsəlmanların qətlə yetirməsində günahkar elan etdi

Hollandiya Ali Məhkəməsi Srebrenitsa qətliamı əlaqədar Hollandiya əsgərlərinin qeyri-leqal hərəkət etdiyinə hökm edib.

Yenicag.az-ın məlumata görə, məhkəmə Hollandiyanın təxminən 300 bosniyalı əsgərin öldürülməsində qismən günahkar olduğunu bildirib.

Qeyd edək ki, məhkəmin qərarı Hollandiyanın “mavi dəbilqəlilər” batalyonuna aiddir. Həmin batalyon BMT Təhlükəsizlik Şurasının mandatına əsasən müsəlman əhalinin çoxluq təşkil etdiyi Srebrenitsanı və digər iki anklavı hücum edən silahlı serb birləşmələrinə qarşı qoruyub.

Xatırladaq ki, 1995-ci il iyulun 11-də BMT-nin əsasən Hollandiya hərbçilərindən ibarət qüvvələrinin nəzarəti altında olan bu şəhərə Ratko Mladiçin komandanlığı altında Serbiya ordusu ağır texnika və çoxsaylı canlı qüvvə ilə girərək, soyqırm törədib. İki gündə 8 300-dən çox bosniyalı müsəlman öldürülüb. Onların hamısı kişilərdir. Həmin hadisədən 22 il ötsə də, indiyədək 6 241 nəfər dəfn edilib . Bu günə kimi 7 000 cəsəd tapılıb. 1372 nəfər barəsində heç bir məlumat yoxdur.

Yenicag.az

Loading...

www.yenicag.az

640
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100