!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brüsseldə açılan “ikinci cəbhə”: Azərbaycan əleyhdarlarını kim və necə bir araya gətirir? - REPLİKA

!Reklam – Yazi

Müasir dünyanın təcrübəsində dövlətçiliyə malik xalqların xaricdəki təmsilçiləri həm də tarixi vətənlərinin maraqlarının qoruyucusu və təbliğatçısı kimi çıxış edirlər.

Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən keçən son 30 il ərzində bu və ya başqa səbəbdən xaricə köçmüş həmvətənlərimiz arasında yaşadıqları ölkədə vətənpərvərlik nümunəsi göstərən çox sayda soydaşımız var. Onların Azərbaycan adına göstərdikləri fədakar fəaliyyət hər birimizi qürurlandırmaqla yanaşı, həm də bu anlamda məsuliyyətimizi artırır.

Ancaq çox təəssüf ki, ölkədən kənara üz tutan soydaşlarımızın bir qismi öz mühacirət həyatlarını birmənalı olaraq Azərbaycan dövlətinin və siyasi hakimiyyətin əleyhinə çevrilmiş fəaliyyətə həsr etməkdə sanki yarışa giriblər. Acınacaqlı haldır ki, onların ölkənin əleyhinə yönəlmiş bu “yarış”ında heç bir qayda və dəyərlərə əsaslanan çərçivə mövcud deyil.

Nəzərdə tutulan mühacirlərin (həm də bloqerlərin) bir neçəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparmaq üçün aprelin 6-da Brüsselə gələn Azərbaycan Prezidenti İlham Əliyevin yerləşdiyi otelin qarşısında “ənənəvi aksiya” təşkil etmişdilər. İfadə ona görə dırnaqda verilir ki, aksiya dedikdə, ağla normal, hüquq və əxlaqa uyğun təşkil olunan, bu məcrada keçirilib yekunlaşdırılan tədbir gəlir.

“Bizim” bloqerlər isə otelin qarşısında zühur edərək səviyyələrinə, tərzlərinə sadiq şəkildə “köhnə dünya”nın mərkəzində səslərini başlarına atıb, yumşaq desək, tərbiyəsizlik sərgilədilər. Bu da onların uzun müddətdir yaşadıqları sivil ölkədə mənimsədikləri “mübarizə metodu”…

Onlardan ötrü prezidentin Dövlətin və Millətin rəmzi olmasının, Brüsselə necə ciddi, Azərbaycan naminə taleyüklü məsələnin müzakirəsi, mürəkkəb danışıqlar aparmaq üçün gəlməsinin heç bir önəmi yoxdur. Öz xislətləri və aldıqları təlimat əsasında tərbiyəsizlik edərək dövlət başçısının səfərini gözdən salmaq üçün boş cəhdlərinə ara vermirlər. Digər tərəfdən, prezidentin Brüssel səfərinin məqsədlərini təkrar xatırlatdıqda həmin bloqerlərin bu hərəkəti tək tərbiyəsizlik yox, eyni zamanda, xəyanət kimi də qiymətləndirilməlidir. Əgər İrəvanda keçirilən mitinqdə səsləndirilən şüarlarla azərbaycanlı bloqerlərin Brüsseldə çığırdıqları nidaların məzmunu üst-üstə düşürsə, buna başqa ad vermək olmur.

Belə çıxır ki, həm İrəvanda, həm də Brüsseldə Azərbaycan əleyhinə çığırılan sloqanların müəllifi, o aksiyaların ssenaristi və yönləndiricisi eyni mərkəzdir. Azərbaycan əleyhdarlarının “xor”una qoşulanları necə adlandırmaq lazım olduğu isə hər kəsə bəllidir…

“Yeni Çağ” Analitik Qrupu

COP29

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv