Məhkuma telefon ötürülməsinin qarşısı alındı

media-hightechnic-468x90

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Bu barədə Yenicag.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə məhkumla qısamüddətli görüşə gəlmiş həyat yoldaşının üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasında gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunaraq müəssisəyə keçirilməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır”, – məlumatda deyilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa