Mehriban Əliyeva körpələr evi-uşaq bağçasında-Fotolar

media-hightechnic-468x90

01b7b0e13b35f5f2a16f4e35a147e46bAzərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Səbail rayonundakı “Könül” körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

M. Əliyevaya məlumat verilib ki, 1974-cü ildə tikilən 3 korpuslu bağçanın ümumi sahəsi 4 min kv.m-dir.

110 uşağın təlim-tərbiyə aldığı bağçanın həyətində ümumi sahəsi 600 kvadratmetr olan və 90 uşaq üçün nəzərdə tutulan ikimərtəbəli əlavə yeni korpus tikilib. Korpusların dam örtüyü, bütün otaqlar, musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar tamamilə yenilənib. Divarları uşaqların çox sevdiyi nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilən otaqların hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri inventarla, lazımi mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər avadanlıqla təchiz edilib.

Uşaqların istirahəti və əylənməsi üçün 4 kölgəlik, oyun meydançaları və idman qurğuları quraşdırılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilən bağçanın həyətində uşaqlara yol hərəkəti qaydalarını öyrətmək üçün xüsusi meydança yaradılıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600