!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mehriban Əliyevaya köməkçi təyin olundu - Sərəncam

!Reklam – Yazi

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.

Yenicag.az-ın məlumatına görə, bu, prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamda əksini tapıb.

Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb.

Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb.

Qeyd edək ki, hələlik Birinci vitse-prezidentin 4 köməkçisi təyin edilib.

Bunlar Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

COP29

www.yenicag.az

2110
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv