Məkkədə sel: Küçə və prospektləri su basdı, nəqliyyatın hərəkəti dayandı

media-hightechnic-468x90

Səudiyyə Ərəbistanının Məkkə şəhərində yağan güclü yağış küçə və prospektləri su altınd qoyub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yüzlərlə müsəlman əlverişsiz hava şəraitinə baxmayaraq, Kəbənin yerləşdiyi Məscidül-Həramda namazını davam etdirib.

Küçə və prospektləri su basdığı ​​şəhərdə nəqliyyatın hərəkəti dayanıb.

Məkkənin Fövqəladə İdarəetmə Mərkəzi yerli əhalini və turistləri diqqətli olmağa, sel basan ərazilərə getməməyə çağırıb.
Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi yağış səbəbiylə riskli bölgələrdə sarı həyəcan rejiminə keçib.

Meteoroloqların məlumatına görə, yağış və tufanların çərşənbə gününə qədər təsirli olacağı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600