Meksika Azərbaycana hərbi attaşe təyin etdi

media-hightechnic-468x90

Meksika Azərbaycana hərbi attaşe təyin edib.

Yenicag.az xəbər verir ki, bu barədə Meksikanın Bakıdakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən vəzifəyə Marko Ciovanni Leyva Kontreras təyinat alıb.

“Biz Hərbi Hava Qüvvələrinin polkovniki, Baş Qərargahın pilotu Marko Ciovanni Leyva Kontrerası iqamətgahı Ankarada yerləşən Meksikanın Azərbaycandakı hərbi attaşesi kimi salamlamaqdan məmnunuq. Bu təyinat Azərbaycan və Meksika arasındakı əlaqələri gücləndirəcək”, – məlumatda qeyd olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa