Məktəbdə görünməmiş vəhşilik-Video
Türkiyənin Bursa şəhərində internat məktəblərinin birində görünməmiş vəhşilik olub.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, eşitmə qüsurlu şəxslərin təhsil aldığı internatda müəllimi şagirdlərinə qarşı vəhşilik edib.
Əsəbi qadın sinifdə uşaqları təhqir edib. Daha sonra müəllimi uşaqlardan birini döyüb. Müəllimə ona mane olmaq istəyən digər şagirdləri də vurub.
Sinifdə baş verən hadisələri şagirdlərdən biri mobil telefon vasitəsilə çəkib. Daha sonra çəkilən video sosial şəbəkələrdə yayılıb.
Yenicag.az həmin videonu təqdim edir: