Məktəblərdə distant təhsil tətbiq olunacaq – Kimlər üçün keçərlidir?

media-hightechnic-468x90

Elm və Təhsil Naziri Emin Əmrullayev növbəti tədris ilində bəzi məktəblərin distant təhsilə keçəcəyini açıqlayıb.

Bu isə bir sıra suallar doğurur. Belə ki, distant təhsil modeli hansı məktəblərə şamil ediləcək?

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bu qərarın hansı məktəblərə şamil olunacağını və səbəblərini açıqlayıb.

media-elcin-efendi

Ekspertin sözlərinə görə, bu yenilik ilk növbədə şagird sayı kritik dərəcədə az olan məktəbləri əhatə edəcək:

“2026-2027-ci tədris ilindən etibarən, hər sinifdə maksimum 3-4 şagirdi olan təhsil müəssisələri distant təhsilə cəlb olunacaq. Hazırda ölkədə məktəblərin rasionallaşdırılması və optimallaşdırılması prosesi aparılır ki, bu da bəzi müəssisələrin birləşdirilməsini nəzərdə tutur”.

E. Əfəndi qeyd edib ki, əsas problem şagirdlərin uzaq məsafələrə daşınması ilə bağlıdır:

Birləşdirilən məktəblərdə şagirdlərin bir ünvandan digərinə getməsi vaxt aparır və valideynlər üçün çətinlik yaradır. Bir-iki şagirdin iştirak etdiyi siniflərdə müəllimlərin dərsə həvəsi azalır, bu isə tədrisin keyfiyyətinə mənfi təsir edir. Az şagirdli siniflərdə dərsdən yayınma halları daha çox müşahidə olunur.

Ekspert hesab edir ki, pandemiya dövründən qalan təcrübə distant təhsilin daha səmərəli təşkilinə imkan verəcək:

“Uzun məsafə qət etməkdənsə, şagirdin evdən dərslərə qoşulması daha məqsədəuyğundur. Distant təhsil müəllim və şagird məsuliyyətini artırır, həmçinin ümumi tədris keyfiyyətinə müsbət təsir göstərə bilər”.

Sona Əliyeva

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa