Bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində “Zəfər tarixi” kursu tədris ediləcək.
Yenicag.az xəbər verir ki, bu barədə ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmrdə qeyd edilib.
Əmrə əsaəsn, bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursunun tədrisinə verilib.
Tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində – Azərbaycan dilində tədris olunacaq.