Məktəbli qız bu səbəbdən intihar etdi

media-hightechnic-468x90

Bakıda 15 yaşlı qız imtahana görə stress yaşayıb və nəticədə həyatına son qoyub.

Yenicag.az xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Yasamal rayonunda baş verib.

Yeni Yasamal yaşayış massivində yaşayan 15 yaşlı Z.C. qonşuluqdakı binanın doqquzuncu mərtəbəsinə çıxaraq blokun pəncərəsindən özünü atıb. O, hadisə yerində vəfat edib.

İlkin məlumata görə, Z.C. qarşıda gözlənilən imtahandan az bal yığacağını, zəif nəticə göstərəcəyini ehtimal edərək stres keçirib. Bundan öncə də sınaq imtahanlarında istədiyi qədər bal toplaya bilməyən şagird imtahandan da keçə bilməyəcəyini düşünürmüş. Onun buna görə psixoloji gərginlik altında intihar etdiyi bildirilir./Kriminalqafqaz/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa