Meliorasiya İdarəsindən şübhəli tender - Yeni yaranan şirkət qalib elan olundu
Şirvan Meşə Meliorasiya İdarəsi bu gün “Nicat-2012” MMC ilə satınalma müqaviləsi bağlayıb.
Yenicag.az xəbər verir ki, tenderin məbləği 75 min manat təşkil edir. Şirvan Meşə Meliorasiya İdarəsi açıq tenderi niyə keçirdiyini və hansı işlərin görüləcəyini açıqlamayıb.
![]()
Tenderin qalibi olan “Nicat-2012” MMC bu ilin yanvar ayının 22-də yaradılıb. 10 manat nizamnamə kapitalına malik şirkətin hüquqi ünvanı Yevlax şəhəri, Qanbay Quliyev, ev 1A, m. 2-dir. Qanuni təmsilçisi isə Əsədov Rauf Mehti oğludur.
![]()
“Dövlət satınalmaları haqqında” qanununa görə, satınalma müsabiqələrində iştirak edən şirkətlərin peşəkarlığı və təcrübəsinə xüsusi önəm verilməlidir. Bu baxımdan 76 gün əvvəl yaradılan şirkətin peşəkarlığı və təcrübəsi şübhələrə əsas verir…












