!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Melissa Azadlıq”da tikinti “terroru” – Əhali təhlükədə – FOTOFAKT

!Reklam – Yazi

Son aylar paytaxt Bakıda tikinti işləri aparan şirkətlərlə bağlı ardı-arası kəsilməyən şikayətlər daxil olmaqdadır. Şikayətləri böyük bir qismi şirkətlərin elementar təhlükəsizlik qaydalarına əməl etməmələri ilə bağlı olur.

Yenicag.az xəbər verie ki, 7NEWS.az-ın reaksiyasına daxil olan növbəti şikayət Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli 59 ünvanda yerləşən “Melissa Azadlıq” layihəsi ilə bağlıdır. Melissa Group tikinti şirkəti tərəfindən reallaşan layihə ətrafda yaşayan Nərimanov sakinləri üçün sözün əsl mənasında kabusa çevrilib. İki gün öncə baş verən özbaşınalıq isə az qala insan tələfatı ilə nəticələnəcəkmiş. Belə ki, tikinti işlərini aparan kran gecə-gündüz ətrafda yaşayan sakinlərin həyatı ilə “oynayır”. Sözün əsl mənasında kranla avtoşluq edən “Melissa Azadlıq”ın işçisi “yaxşı edirəm, get kimə deyirsən de” ifadəsini az qala iri hərflərlə kranın üzərinə yazmaq niyyətindədir. Fotolardan da aydın görünür ki, sakinlərinin həyatını və əmlakını kranın ağır başlığına ilişən dəmir dirək xilas edib. Sakinlərin verdiyi məlumata görə bu hadisə artıq pik nöqtə idi. Onlar qeyd edirlər ki, əgər dəmir dirək olmasaydı kranın ağır başlıqlı polad hissəsi həyətdə oynayan uşaqların başına düşəcəkmiş. Sakinlər onu da vurğulayırlar ki, bu sadəcə keyfiyyətsiz bina tikən Melissa Group tikinti şirkətinin bizi ölkə rəhbərliyinə qarşı çıxarmaq üçün növbəti oyunudur. Görünən odur ki, bu şirkətin rəhbərliyi hansısa başqa antiazərbaycan qruplaşmalarla əlaqəsi var. Əks təqdirdə niyə bu şirkət belə bir həssas dönəmdə Nərimanov əhalisini ayağa qaldırmaqda maraqlı olmalıdır ki?

Mövzu davam etdiriləcək.

 

COP29

www.yenicag.az

1996
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv