Məmurlara qadağa
Bu barədə məlumatı “The Sunday Times” yayıb. Qəzetin bildirdiyinə görə, eyni tələb Çin qızlarına da aiddir. Belə ki, hər iki ölkənin xüsusi xidmət orqanları qızlardan istifadə etməklə ingilis məmurları şantaj edir.
Məmurlardan biri qəzetə açıqlamasında Sankt-Peterburqda olarkən 30 yaşlı xanımın onu başdan çıxarmaq istədiyini bildirib. O, məmurun oteldəki otağına gələrək ona köhnə avtomobillərə olan marağından danışıb. İngilis məmur bundan şübhələnib, çünki onun hobbisi məhs köhnə avtomobillər olub. Bundan sonra o, gənc xanımın casus olduğu qənaətinə gəlib(interpress).