!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Mən dəliyəm ki, Məhəmməd Əli ilə rinqə çıxım?!" - Deputat əfsanəvi boksçu ilə görüşündən DANIŞDI

!Reklam – Yazi

Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyev əfsanəvi boksçu Məhəmməd Əli ilə görüşü barədə açıqlamasının sosial şəbəkələrdə təhrif olunduğunu iddia edir.

Yenicag.az xəbər verir ki, bu barədə Ağacan Abiyev Demokrat.az-a açıqlamasında deyib. O, bildirib ki, onun Məhəmməd Əli ilə yalnız rinqdənkənar görüşü olub.

Deputat həmin görüşdən çəkilmiş xatirə fotosunu bu gün saxladığını deyir:

“Bu gün bir jurnalist mənə zəng edib deyir ki, siz Məhəmməd Əli ilə rinqə çıxarsınız? Başa düşmürəm, axı bu nə qəribə sualdır? Mən dəliyəm ki, Məhəmməd Əli ilə rinqə çıxım?! Məhəmməd Əli 91 kiloqramda döyüşüb, mən isə 57 çəki dərəcəsində mübarizə aparmışam. Ən əsası isə Məhəmməd Əli peşəkar boksçu olub. İndi mən dəli zadam ki, özümdən qat-qat ağır çəkidə olan idmançı ilə rinqə çıxım?! Qaydalara görə də heç bizi bir rinqə buraxmazdılar”.

www.yenicag.az

1966
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv