Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Məni pulla tutdurmaq istəyir” deyən Təranə başına iş açdı - Məhkəmədən yeni qərar  

Nərimanov Rayon Məhkəməsində təqsirləndirilən şəxs Təranə Qumral barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yenicag.az-a bu barədə “Alter Eqo” hüquq şirkətinin baş direktoru Heyrat Qarayev açıqlama verib:

“Məhkəmə prosesində Nazənin Salayeva tərəfindən iki vəsatət məhkəməyə təqdim olundu. Bir neçə gün öncə T.İbrahimova saytların birinə açıqlama verib ki, Nazənin Salayeva pulla onu həbs etdirmək istəyir. Vəsatətdə qeyd olundu ki, həmin açıqlama rəsmi şəkildə məhkəməyə təqdim olunsun. Bu məhkəməyə hörmətsizlik və onun nüfuzuna xələl gətirmək kimi qiymətləndirilməlidir. İkinci vəsatət isə iş üzrə şahid qismində dindiriləcək icra məmurunun məhkəmə prosesinə dəvət edilməsi oldu. Hər iki vəsatətə prokuror etiraz etmədi. Məhkəmə də ədalətli qərar qəbul edərək vəsatətlərimizi təmin etdi. Növbəti məhkəmə prosesi iyulun 12 -ə təyin edilib”.

Vəkilin sözlərinə görə, bu dəfə də T.İbrahimova üzr istəməyəcəyi və təkzib verməyəcəyini bildirib. O, izahatında məhkəmə qərarının səhv çıxarıldığını qeyd edib.

Cəvahir

www.yenicag.az

2244
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS