“Mənim oğlum Ərdoğanın oğlu kimi oğru deyil”

S.Əlvan oğlunun aksiyalarda iştirak etmədiyini, çörək almaq üçün getdiyi zaman polis gülləsilə vurulduğunu deyib.
“Mən bu gün oğlumu son mənizlə yola saldım, o isə övladını ifadə belə verməyə göndərmədi. Mənim oğlum qürurla getdi, oğurluqda ittiham olunmadı. Ona görə də bu xalq mənim övladımın arxasında idi”, – S.Əlvan Ərdoğanı və oğlu Bilal Ərdoğanı korrupsiya və rüşvətdə suçlayıb.
S.Əlvan Ərdoğandan tək istəyinin oğlunun qatillərinin tapılması olğudunu deyib.
Ata oğlunun xəstəxanada komada qaldığı 9 ay ərzində rəsmilərdən heç kəsin onlarla maraqlanmadığını bildirib.
“Bu ölkənin vətəndaşıyıq, bu bayraq altında yaşayırıq, mən də bu dövlətə vergi ödəyirəm. Berkin çörək almağa getdi. O baş nazirə səslənirəm. İstəsə övladımın qatılini 1 saat içində gətirər. Əmri də o verdi və polis də əmr quludur. “Mənim polisim dastan yazdı”deyir Ərdoğan. Emri də o verib. Misirdə ölənlərə rəhmət dilədi, amma bizlərə başsağlığı belə vermədi”, – S.Əlvan Ərdoğanı tənqid edib.
S.Əlvan Ərdoğana vicdanı varsa B.Əlvanın qatlini ortaya çıxarmasını istəyib.
musavat.com