!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mənim ölkəmin faciəsi bundadır ki...” – Rusiyalı politoloq

!Reklam – Yazi

“Rusiyanın “diz üstündən qəfil qalxaraq dikəlməsi” onun siyasi orqanizminə ciddi zərər yetirib”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində böyük dövlətlərin, xüsusilə, Rusiya, Çin və Türkiyənin Orta Asiya regionuna təsir imkanları uğurunda rəqabətini dəyərləndirən Strateji Qiymətləndirmə və Proqnozlaşdırma Mərkəzi baş direktorunun müavini, siyasi elmlər doktoru İqor Pankratenko deyib.

İqor Pankratenkonun sözlərinə görə, hazırda Rusiya Orta Asiya dövlətlərinə şəraitə uyğun təkliflər etmək imkanında deyil:

“Bilirsiz, bu məsələ ilə bağlı dostum, dövrümüzün ən parlaq analitiklərindən biri olan professor Toğrul İsmayılın yaxşı sözü var: “Rusiyanın müasir siyasətində incəlik və şarm yoxdur”. Bu, həqiqətən də belədir.

Siz baxın, Özbəkistan prezidenti Şövkət Mirziyayev nələr edir? Mən onun siyasətini izləyirəm və alqışlayıram. Mirziyayevin Hindistana uğurlu səfərindən sonra Özbəkistan iqtisadiyyatında daha çox yer almaq uğrunda Pekin, Ankara, Dehli və Seul arasında mübarizə başlayıb. Razılaşın ki, bu, çox əlverişli situasiyadır və Daşkənd üçün geniş imkanlar yaradır.

Çinin siyasətinə diqqət yetirin. Pekin regionda hər hansı pafoslu statusa can atmır. “Təhlükəsizlik istehsalı” ilə başqalarının – ABŞ, Rusiya və digərləri – məşğul olması Çinə tamailə sərf edir. Yəni başqa ölkələr öz hərbi-syasi resurslarını sərf edirlər, bunun faydasını isə Çin görür.

Mənim üçün təəssüf doğuran haldır ki, Rusiya indiki vəziyyətində bu cür oyun aparmağa qadir deyil. Görünür, Rusiyanın “diz üstündən qəfil qalxaraq dikəlməsi” onun siyasi orqanizminə ciddi zərər yetirib.

Mənim ölkəmin faciəsi bundadır ki, XXI əsrin tələbinə uyğun sıçrayış edə bilmədi. Niyə bacarmadı, Putin nəyə görə bundan imtina etdi? Bütün bunlar artıq başqa söhbətin mövzusudur. Həqiqət bundan ibarətdir ki, Kreml Orta Asiyaya yalnız bir “məhsul” – qorxu təklif edə bilər: “rəngli inqilablar”, “islamçıların təcavüzü”, “Çin müstəmləkəçiliyi” və sair. Aydın olan budur ki, həmin “məhsul” çoxdan köhnəlib.
Ona görə də təəccüblü deyil ki, Rusiyanın Orta Asiya dövlətlərinə etdiyi təkliflərin əksəriyyətinə rədd cavabı verilir. Bəziləri bu imtinanı üstüörtülü şəkildə, bəziləri isə qəti şəkildə bəyan edirlər”.

Qafqaz Ömərov

www.yenicag.az

3062
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv