!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənzil almaq istəyənləri belə tələyə saldılar - 1,4 milyon manatlıq dələduzluq

!Reklam – Yazi

İpoteka ilə ev almaq arzusunda olan 78 Azərbaycan vətəndaşı dələduzların qurbanı olub.

Yenicag.az Musavat.com-a istinadən xəbər verir ki, xəbər verir ki, Xətai rayonu ərazisində “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbəliyev və həmin agentliyin satış menecerləri – Orxan Əliyev və Natiq Şahmuradov vətəndaşları inandırıblar ki, onlara ipoteka ilə ev almağa kömək edəcəklər. Onlar pulu alsalar da, ipoteka ilə ev almaq istəyənlərin arzusu ürəklərində qalıb. Pulları qaytarmaqdan da imtina ediblər.

İş üzrə Xətai Rayon Polis İdarəsində külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Oqtay Zərbəliyev və həmin agentliyin satış menecerləri – Orxan Əliyev və Natiq Şahmuradov istintaqa cəlb olunub. Artıq iş üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət dosyesi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Səbinə Məmmədzadənin icraatındadır. Məhkəmənin hazırlıq iclası avqustun 29-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən şəxslərə qarşı dələduzluq ediblər.

Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər verib. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində ümumilikdə 78 nəfərə qarşı dələduzluq ediblər. Zərərçəkən şəxslərin ümumilikdə 1 milyon 492 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv