Mənzil bazarında qiymətlər artdı

media-hightechnic-468x90

Homes_Interior_241211_112014-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 10.1% artıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yekunları üzrə pul siyasəti icmalında deyilir.

media-banner_tuq

Dövlət Statistika Komitəsinin hesabatına istinadən icmalda qeyd edilir ki, təkrar və ilkin mənzil bazarında qiymət artımı müvafiq olaraq 10.1% və 9.1% təşkil edib.

Təkrar mənzil bazarında ən yüksək qiymət artımı aşağı keyfiyyətli mənzillərdə (14.6%), ilkin mənzil bazarında isə yaxşı layihələndirilmiş mənzillərdə (12%) müşahidə olunub.

Əmlak bazarı üzrə digər fəallıq göstəriciləri müxtəlif istiqamətlərdə dəyişib. “MBA LTD” Qiymətləndirmə və Konsaltinq şirkətinin məlumatına görə, ötən il yaşayış sahələrinin kirayə haqqı ödənişləri 2% artıb, kommersiya obyektlərinin icarə haqqı isə11.2% azalıb.

Əmlak alqı-satqısı ilə əlaqədar notariusların depozit hesablarına daxilolmalar 25.4% artıb.

(trend.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05