Mənzilində meyiti tapıldı

media-hightechnic-468x90

скачанные файлы (1)Gəncənin Kəpəz rayonunda vətəndaş bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Yenicag.az apa-ya istinadən bildirir ki, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olublar.

Mənzilə baxış keçirilərkən 1970-ci il təvəllüdlü Mahmudov Elman Hüseynbala oğlunun cəsədi aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 20:35-də başa çatıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600