Mer həbs edilib
Dağıstanın hüquq-mühafizə orqanları Dərbənd rayonu administrasiyasının rəhbəri, Dağıstan azərbaycanlıları arasında nüfuzlu şəxs olan Qurban Qurbanovun həbsi barədə məlumat yayılıb.
Hhüquq-mühafizə orqanları Qurbanovu 2009-2013-cü illərdə torpaq qanunvericiliyini pozaraq Dağıstan hökumətinin mülkiyyətində olan 56 hektar torpağı ayrı-ayrı şəxslərə verməkdə ittiham edir.
1998-ci ildən bəri Dərbəndə başçılıq edən Qurbanovun problemləri vəzifəsindən istefa verməkdən imtina etməsindən sonra başladı. Dağıstan rəhbəri Ramazan Abdulatipov Dərbənd rəhbərinin işində nöqsanlar olduğunu bəyan edərək ona vaxtından əvvəl istefa verməyə çağırıb.
Lakin Qurban Qurbanov istefa verməkdən imtina edib və öz tərəfdarlarını mitinqə toplayaraq müqavimət göstərib. Bundan sonra Dağıstanın hüquq-mühafizə orqanları onun administrasiyasına basqın edərək bütün sənədləri aparıblar. Ardınca ona qarşı cinayət işi qaldırılıb. (anspress.com)