Mərakeş xəstəlikdən narahatdır

media-hightechnic-468x90

ebMərakeş Ebola virusu səbəbilə Afrika futbol kuboku keçirməyəcək.

Mərakeş regionda geniş yayılan Ebola virusu təhlükəsindən ehtiyatlanaraq Afrika millətlərinin 2015-ci ilin yanvarında baş tutmalı olan futbol Kubokunu keçirməmək qərarına gəlib. Bu barədə 8 noyabr, şənbə günü məlumat verilib.

Mərakeşin nümayəndələri turnirin 2016-cı ilə keçirilməsini təklif etsə də, Afrika futbol Konfedarasiyası (CAF) yarışın məhz 2015-ci ilin 17 yanvarından 8 fevrala kimi keçirilməsi barədə ultimatum göndərib.

Yarışmanın harada keçirilməsi haqqında qərar KAF-ın icraedici komitəsinin gələn həftə Qahirədə keçiriləcək iclasında qəbul olunacaq.

Xatırladaq ki, ÜST-ün 4 noyabr tarıxındə verdiyi məlumatına görə, Ebola virusundan ölənlərin sayı 4960 nəfərdir. Bu virusa yoluxanların sayı isə 13 min insandır. Eboladan ən çox ölənlər Qvineya, Liberiya və Syerra-Leonda qeydə alınıb.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600