Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq XDR virus və təhdidlərə qarşı aşkarlama/reaksiya və SOAR təhdid kəşfiyyatının idarə edilməsi sistemlərinin açıq tender metodu ilə satın alınmasını keçirir.
Yenicag.az Mərkəz Banka istinadən xəbər verir ki, təkliflərin açılma proseduru 21 yanvar 2025-ci il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
Qeyd olunub ki, maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 450 (dörd yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə açıq tenderin şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 21 yanvar 2025-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
Malların təslim müddəti: 30 (otuz) iş günü müddətində.
Qiymətləndirmə meyarı: qiymət amili.
Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Açıq tender üzrə əlaqələndirici şəxs:
Könül Zakir qızı Əliyeva
Vəzifəsi: Aparıcı mütəxəssis
www.yenicag.az