Mərkəzi Bankdan beynəlxalq təşkilatlara tapşırıq

media-hightechnic-468x90

54663 (1)Azərbaycan Mərkəzi Bankı (AMB) Dağlıq Qarabağda aparılan qanunsuz maliyyə əməliyyatları ilə bağlı “VISA Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatlarına rəsmi müraciət edib.

Bu barədə  Mərkəzi Bankdan bildirilib.

Məlumatda bildirilir ki, AMB beynəlxalq kart təşkilatlarına bu məsələni ciddi nəzarət altında saxlamağı tapşırıb.

“Cari ilin əvvəlində “MasterCard Worldwide” təşkilatının veb səhifəsində Dağlıq Qarabağ ərazilərinin Ermənistan Respublikasının daxilində göstərilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aşkar olunaraq təşkilatın rəhbərliyinə ciddi irad bildirilib və qısa zaman ərzində anlaşılmazlıq aradan qaldırılıb. Təşkilat tərəfindən verilən məlumata görə hazırda bu məsələ texniki səbəblərə görə yaranıb və Mərkəzi Bankın növbəti müraciəti əsasında artıq aradan qaldırılıb. Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ ərazilərində aparılan qanunsuz maliyyə əməliyyatları ilə bağlı məsələlər mütəmadi olaraq Mərkəzi Bankının diqqət mərkəzindədir. Belə ki, son illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra pul köçürmə təşkilatlarının Mərkəzi Bankın icazəsi olmadan həmçinin Qarabağda fəaliyyət göstərməsi aşkar olunaraq qarşısı alınıb”, – deyə məlumatda vurğulanır. (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600