!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mərkəzi Bankın bu addımı pul-kredit siyasətinin sərtləşməsinə səbəb olmamalıdır” - ŞƏRH

!Reklam – Yazi

“Banklar optimal qərar vermək üçün onlara müraciət edən vətəndaşların, hüquqi və fiziki şəxslərin kredit tarixçələrini bilməlidirlər”.

Bu fikirləri Mərkəzi Bankın Azərbaycanda malların nisyə satışı ilə məşğul olan kommersiya təşkilatlarının məlumatların Kredit Bürosuna ötürülməsinin təşviq olunmasına dair qərarını şərh edən professor Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.Professorun fikrincə, Mərkəzi Bank insanların maliyyə resurslarına əlçatanlığının effektli şəkildə təmin olunması üçün kredit axınlarının yumşaldılmasına şərait yaratmalıdır:

“Hesab edirəm ki, ölkədə istehlak kreditləşməsinin geniş vüsət alması və bu kreditlərə görə ödənişlərdə problemlərin yaranması ucbatından istehlak kreditlərinin verilməsində sərtləşməyə ehtiyac var. Çünki bu istehlak kreditləri bir tərəfdən idxalı stimullaşdırır, digər tərəfdən ödənişlərin vaxtında edilməməsi həm ticarət müəssisələri, həm də son nəticədə bank sektoru üçün problemlər yaratmaqdadır.

Ona görə də bu məsələdə müəyyən sərtləşməyə gedilməsi və uçot aparılması nöqteyi-nəzərindən dəqiqliyin artırılması baxımından, Mərkəzi Bank tərəfindən məhz kredit bürolarında həmin nəzarətin aparılması və borc götürənlər barəsində ətraflı məlumatların bir sistemdə cəmləşməsi iqtisadi cəhətdən səmərəli ola bilər. Düşünürəm ki, bu çərçivədə uçotun sərtləşdirilməsinə ehtiyac var.

Amma digər tərəfdən Mərkəzi Bank pul kütləsinin artımı ilə bağlı məqsədyönlü siyasət yürütməlidir ki, bunun nəticəsində ölkədə işgüzar fəallığın stimullaşdırılması prosesi effektli şəkildə aparılsın. Çünki bir tərəfdən bu məsələdə sərtləşməni artıraraq kredit götürənlərin imkanlarının azalmasına şərait yaratmaqla yanaşı, nəzərə almalıyıq ki, götürdükləri kreditlər onların müəyyən tələbatlarının ödənilməsinə xidmət edir, işgüzar fəallığın artmasına təkan verir.

Bu səbəbdən məsələyə sistemli yanaşmaya ehtiyac olduğunu düşünürəm. Belə bir qeydiyyatın aparılması məqsədəuyğun ola bilər. Ona görə ki banklar optimal qərar vermək üçün onlara müraciət edən vətəndaşların, hüquqi və fiziki şəxslərin kredit tarixçələrini bilməlidirlər. Amma bu addım pul-kredit siyasətinin sərtləşməsinə səbəb olmamalıdır. Mərkəzi Bank paralel olaraq kredit axınlarının yumşaldılmasına şərait yaratmaldır ki, insanların maliyyə resurslarına əlçatanlığı effektli şəkildə təmin olunsun”.

A.Zeynalov

www.yenicag.az

868
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv