Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü

media-hightechnic-468x90

Siyəzən rayon sakini Zeynalov Mabəddin Qabil oğlu atasının Mərkəzi Klinikada icra edilən əməliyyatdan bir neçə gün sonra vəfat etdiyini bildirib.

“Unikal”a müraciət edən M.Zeynalov qeyd edib ki, atası Zeynalov Qabil Mabəddin oğlu ürəyin işemik xəstəliyindən əziyyət çəkib:

“18 aprel 2025‐ci il tarixdə atamın səhhətinin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyuldu. Təcili yardımın köməyi ilə atam Bakı şəhərində yerləşən Mərkəzi Klinikaya təxliyə edildi. Mərkəzi Klinikanın həkim‐kardioloqu Firdovsi İbrahimov atamı müayinə etdikdən sonra, onda ürək damarının tutulmasını aşkar edib. Ürəyinin damarına angioplastika üsulu ilə stent yerləşdirib.

Firdovsi İbrahimov bildirdi ki, əməliyyatdan 1 həftə sonra, yəni 26 aprel 2025‐ci il tarixdə təkrar tibbi müayinədən keçməlidir.

Həmin tarixdə atamı Mərkəzi Klinikaya Firdovsi həkimin baxışından keçməsi və növbəti müayinə üçün apardıq. Lakin, Firdovsi İbrahimov öz xəstəsinə yardım göstərməkdən imtina etdi. Ertəsi gün isə atam dünyasını dəyişdi”, – deyə şikayətçi qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600