Azərbaycanda əkin mövsümü başlayandan meşə fondu torpaqlarında 400 mindən çox ağac əkilib.
Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, payız əkin mövsümü başlayandan bu günədək ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək sahələrində meşəbərpa tədbirləri çərçivəsində ümumilikdə 405 000 ağac əkilib, 18 ton toxum səpilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, payız əkin planına uyğun olaraq bu gün Zaqatala, Şəki, Qəbələ, Quba, Ağcabədi, Tovuz, Şəmkir, Göygöl, Sabirabad, Lənkəran, Masallı rayonlarının meşə fondu torpaqlarının 31 hektar ərazisində 35 000 ağac əkilib, 1000 kiloqram toxum səpilib: “Payız ağac əkini ilə əlaqədar ölkə ərazisində meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir”.
www.yenicag.az