Meşədə 14 günlüklü "ölüm-dirim" savaşı: Qadın sağ qalmaq üçün BATAQLIQ SUYU İÇDİ

media-hightechnic-468x90

Maleziyada yürüş zamanı azaraq meşədə itkin düşən 49 yaşlı dağçı Jaslinda Saludin iki həftəlik mübarizədən sonra kəndlilər tərəfindən sağ tapılıb. O, bu müddət ərzində heç bir qida qəbul etmədiyini, yalnız bitkilərdən topladığı su ilə həyatda qaldığını bildirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hadisə Maleziyanın Perak əyalətindəki “Gunung Batu Putih” dağında baş verib. Mayın 23-də 14 nəfərlik qrupla yürüşə çıxan dağçı Jaslinda Saludin qrupdan ayrı düşüb və bir daha ondan xəbər almaq mümkün olmayıb.

İki həftə davam edən genişmiqyaslı axtarışlar iyunun 6-da uğurla nəticələnib. Dağın ətəyindəki kəndin sakinləri aclıqdan və susuzluqdan əldən düşmüş qadını taparaq xilas ediblər.

Xilaskar kəndlilərə və axtarış qrupuna təşəkkür edən Jaslinda Saludin yaşadıqlarını “ölüm-dirim savaşı” kimi təsvir edib:

“Qrupdan ayrı düşəndən sonra dəhşətli təklik və çarəsizlik yaşadım. Hətta bir anlıq ölməyi arzuladığım vaxtlar da oldu. İki həftə boyunca heç nə yemədim. Təmiz su tapmaq qeyri-mümkün idi. Susuzluğumu yatırmaq üçün bataqlıq sularından və meşədə bitən ibrik bitkilərinin yarpaqlarında toplanan yağış suyundan içirdim”.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05