Meşələrin Qorunub Saxlanması və Təkrar İstehsalı Fondunun gəlirləri və xərcləri azalıb
2024-cü ildə Meşələrin Qorunub Saxlanması və Təkrar İstehsalı Fondunun (MQSTİF) gəlirləri 4,512 milyon manat, xərcləri isə 3,094 milyon manat olub.
Yenicag.az xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 35,8 % az və 45,4 % azdır.
Ötən il MQSF-nin qeyri-birja əməliyyatlarından gəlirləri 475 min manat (əvvəlki ilə nisbətən 31,4 % az), birja əməliyyatlarından gəlirləri 4,037 milyon manat (3,3 % çox) təşkil edib.
2024-cü ildə MQSF-nin xərclərinin hamısı 2023-cü ildə olduğu kimi maliyyə yardımları və sair transfer ödənişləri olub. /report