Məşhur futbolçu Azərbaycana gəlir

media-hightechnic-468x90

скачанные файлы (1)AFFA-nın sabah baş tutacaq Hesabat-Seçki Konfransına ötənlərin məşhur futbolçusu David Trezege də qatılacaq. Bu barədə apasport.az saytına məlumatı assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu verib.

media-banner_tkm

Onun sözlərinə görə, dünya və Avropa çempionu ölkəmizə hazırda səfir kimi fəaliyyət göstərdiyi “Yuventus” klubunun xətti ilə gəlib. Buna baxmayaraq, AFFA fransalı futbolçunu Konfransda iştirak etməyə razı salıb: “Onun Bakıya gələcəyini öyrəndikdən sonra əlaqə yaratdıq və Konfransa qatılmasını xahiş etdik. Trezege bu təklifimizi müsbət qarşıladı. Sabahkı tədbirdə o da iştirak edəcək”.

Qeyd edək ki, onunla yanaşı, tədbirə UEFA-nın yeni baş katibi Teodor Teodoridis də qonaq qismində qatılacaq. Konfrans sabah saat 10:00-da başlanacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05