Məşhur italyan aktyoru vəfat etdi

media-hightechnic-468x90

İtaliyada Tommazino kimi tanınan aktyor Tommazo Akkardo vəfat edib. Onun 84 yaşı var idi.

Tommazino İtaliyanın Mentana şəhərində dünyasını dəyişib. Onun ölümün səbəbi barədə məlumat verilmir. Akkardo uzun müddət reklamlarda çəkilən aktyor kimi tanınırdı. Daha sonra o, film çəkilişlərində iştirak etməyə başlayıb, o cümlədən 1999-cu ildə “Yay gecəsində yuxu”, “Nana”, “Mən qayıtdım” filmlərində rol alıb.

Nekroloqda qeyd edilir ki, Akkardo şəhərin küçələrində gəzməyi çox sevən çox yaxşı xasiyyətli bir insan idi və əlbəttə ki, onunla şəkil çəkdirməyi xahiş etdikdə həmişə razı olurdu. Yerli sakinlər onları tərk edən təmizqəlbli insan üçün yas tuturlar.
Mənbə: Aif.ru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600